“Ölkəyə əlavə xarici valyuta daxil olub” - Nazir müavini
Nazir müavini bildirib ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və ya 104,8%, xərcləri 25 mlrd. manat və ya 82,4% səviyyəsində icra olunub.
“İcmal büdcə kəsiri 1,1 mlrd. təşkil edib ki, bu da proqnoza nisbətən 9,5% bəndi azalaraq cəmi 1.6% təşkil edib. Dövlət büdcəsinin mədaxili 16 mlrd. 517 mln. manat və ya 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10 mlrd. 417 mln. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat, 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektoru hesabına təmin olunub ki, bu da 2016-cı ilə nisbətən 352 mln. manat və ya 4,3% çoxdur. Qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52.3% təşkil edib. Dövlət Neft Fondundan 2017-ci ildə 6,100 mlrd. manat vəsait transfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. 2017-ci ildə Azərbaycan Mərkəzi Bankının mənfəətində 250 mln. manat dövlət büdcəsinə ödənilib”, - deyə nazir müavini vurğulayıb.
A.Bayramov qeyd edib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və ya 17 mlrd. 595 mln. manat səviyyəsində icra olunub ki, xərclərin 62%-i cari xərclərdir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Maliyyə Büdcə Nazir-müavini