Büdcə gəlirləri üzrə ən aşağı icra göstəricisi

  22 May 2018    Oxunub : 321
Büdcə gəlirləri üzrə ən aşağı icra göstəricisi
2017-ci ildə büdcə gəlirləri üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə 151%, ən aşağı icra səviyyyəsi isə səhmlərdə dövlət payında müəssisələrdən alınan dividentlərdir.
AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Palata sədri bildirib ki, 2017-ci ildə dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub, 7 mənbə üzrə proqnoz tam həcmdə yerinə yetirilməyib.

“Ümumi büdcə gəlirlərinin 46,8%-i ilin birinci yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə, ən aşağı icra səviyyəsi isə səhmlərdə dövlət payında müəssisələrdən alınan dividentlərdir. Burada 42,9% səviyyəsində icra olunub. Dividentlərdə icra səviyyəsinin aşağı olması bir sıra tədbirlərin, xüsusilə vergi büdcə siyasətinin sürətləndirilməsini tələb edir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: