Vuçiçdən azərbaycanlı biznesmenlərə iş təklifi
O, qeyd edib ki, Azərbaycanla iqtisadi əlaqələr kifayət qədər inkişaf etməyib: "İqtisadi əlaqələr bizim siyasi əlaqələrimizin həddinə uyğun deyil. Dünən imzaladığımız sənədlər bizim münasibətlərimiz üçün önəmlidir".
Vuçiçin sözlərinə görə, serblər Azərbaycanlı iş adamlarına ölkələrində otel tikməyi təklif edib: "Azərbaycanda bir sıra zəngin üslubda tikilmiş otellərə rast gəldik. Belqradda investisiya üçün münbit şərait tapa bilərsiniz. Belqradda Şərq ornamentləri üslubunda otel yoxdur. Serbiyada turistlərin sayı ilbəil artır. Bu cür otellərin Serbiyada tikilməsi əla olar".
Vuçiç, həmçinin bildirib ki, Serbiya mineral sular baxımından zəngin ölkədir: "Burada turizmin inkişafı üçün münbit şərait var. Biz Azərbaycan biznesmenlərini ölkəmizə investisiya yatırmağa dəvət edirik. Bundan gəlir əldə edəcəklər. Serbiya regionda olan ölkələr içərisində xarici biznesmenlərə daha çox subsidiya təklif edir".
Aytən Zəhra
AzVision.az
Teqlər: Serbiya