"Azeri Light” 80 dollardan baha satılır

  25 May 2018    Oxunub : 352
"Azeri Light” 80 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar bahalaşaraq 80,12 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar azalaraq 78,53 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 70,51 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft