"Sahibkarlar üçün hər bir şərait yaradılıb" - Nazir
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunmuş konfransda bildirilib. Nazir deyib ki, hazırda ölkədə sahibkarlığın inkişafı üçün ixrac missiyaları həyata keçirilir, bu sahənin inkişafı təşviq edilir.
Nazir qeyd edib ki, 2018 -ci ilin birinci rübündə qeyri-neft sektoru 2,9 faiz artıb. Ş. Mustafayev, həmçinin bildirib ki, bu günə qədər sahibkarlara 4,6 milyon manat ixrac təşviqi ödənilib.
"12 bazar araşdırması aparılıb. Hazırda bazar araşdırması üçün 50-yə yaxın sifariş var. Bu araşdırmalar ixracın təşviqi üçün kömək edəcək".
Nazir əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərində Ticarət Evi yaradılacaq: "Latviya və Ukraynada ticarət evlərinin yaradılması yekunlaşıb. Qeyri-neft ixracımız 2018-ci ilin birinci rübündə 35 faizə yaxın artıb" .
Aytən Zəhra
AzVision.az
Teqlər: Şahin-Mustafayev