Sumqayıtda 7 müəssisə fəaliyyətə başlayacaq

Sumqayıtda 7 müəssisə fəaliyyətə başlayacaq
  25 May 2018    Oxunub:1402
2018-ci ildə Sumqayıt kimya-sənaye parkında 7 müəssisə fəaliyyətə başlayacaq.
AzVision.az xəbər verir ki, bunu kimya-sənaye parkının baş direktoru Nazim Talıbov deyib. O qeyd edib ki, Pirallahı Sənaye Parkında bir istehsal müəssisəsinin ilin III rübündə fəaliyyətə başlaması planlaşdırılır.

"Bu müəssisə birdəfəlik şpirislərin istehsalını həyata keçirəcək. İldə 150 milyon şpirisin istehsalı nəzərdə tutulub. Bu isə daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac etməyə imkan yaradacaq".

N. Talıbov, həmçinin qeyd edib ki, Karbamid zavodunun açılışı ilin ikinci yarısında baş tutacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sumqayıt   Sənaye  





Xəbər lenti