İnam Kərimov: “Üç əsas fəaliyyət prinsipimiz var”
"Bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli göstəricilər əldə edilib. Dövlət dəstəyi tədbirləri hesabına aqrar sahədə fəaliyyət daha üst səviyyəyə keçib. Aparılan genişmiqyaslı aqrar siyasət baza yönümlülüyün yüksəlməsinə müsbət təsir göstərib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 2018- ci ilin birinci rübündə 4,2 faiz artıb".
Nazir, həmçinin əlavə edib ki, aqrar sahədə çalışanlarla səmərəli işi qurulub: "Ümid edirik ki, məhsullarımızın artırılmasını birgə təmin edəcəyik. Əsas üç fəaliyyət prinsipimiz var. Birincisi daimi fermer və kəndlilərə yaxın olmaqdır. Kənd Təsərrüfatı Nazirliyinin çoxsaylı şəbəkəsi var. Nazirliyin şöbələri prinsiplərini dəyişəcək, belə ki, artıq nazirliyin yerlərdəki strukturları kəndli və fermerlərə müraciət edəcək. İkinci prinsip şəffaflıq və sahibkarla sıx işləməkdir. Üçüncü prinsip isə innovativ texnologiyaların tətbiqidir".
Aytən Zəhra
AzVision.az
Teqlər: İnam-Kərimov