"Son 8 ildə subsidiyaların həcmi iki dəfə artıb" - Nazir
"Aqrar sahəyə göstərilən dəstək tədbirlərinin həcmi bəzi subsidiyalar üzrə son illərdə 3-5 dəfə artıb. Məhsula görə subsidiyaların verilməsi həmin sahələrdə məhsul istehsalının dəfələrlə artması ilə yanaşı, bu sahələrə marağın kəskin artmasına və məhsulların keyfiyyətinin yüksəlməsinə səbəb oolub Hazırda aqrar məhsul istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Ölkəyə xaricdən gətirilən və lizinq müqaviləsinin obyekti olan kənd təsərrüfatı texnikaları, cins damazlıq heyvanlar, toxum və tinglər, aqrokimyəvi maddələr və pestisidlər, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatları və digər kənd təsərrüfatı ilə bağlı texnika və materiallar əlavə dəyər vergisindən və idxal gömrük rüsumlarından da azad ediliblər".
İ. Kərimov qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalında istifadə edilən suvarma suyu maya dəyərindən aşağı qiymətə satılır. "Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalçılarının vergi ilə yanaşı digər ödənişlərlə bağlı inzibati xərcləri də azaltmalarına imkan verir".
Aytən Zəhra
AzVision.az
Teqlər: İnam-Kərimov