Mikayıl Cabbarov əsas hədəflərini açıqladı

Mikayıl Cabbarov əsas hədəflərini açıqladı
  31 May 2018    Oxunub:2125
"Əsas vəzifələri rəhbər tutaraq növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə çalışıb, kölgə iqtisadiyyatın azaldılmasına yönəlmiş tədbirləri, hesabatlılığın artırılmasını təmin edən tədbirləri və bir sıra digər islahatlarla bağlı təklifləri hazırlayıb, artıq hökumətə təqdim etmişik".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, əsas hədəf vergi ödəyicilərinin, xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Mikayıl-Cabbarov   Vergi  





Xəbər lenti