Nazir “Equinor”un vitse-prezidentini qəbul edib
Bildirilib ki, “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” yataqları ilə bağlı görülən işlər ölkəmizin yeni yataqların kəşfiyyat imkanlarının aşkarlanması və işlənməsi prioritetinə cavab verməklə yanaşı enerji əməkdaşlığında yeni səhifə açır.
“Equinor” qrupun vitse-prezidenti Tim Dodson da 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “ Konfransı çərçivəsində imzalanmış bu sazişlərin əhəmiyyətindən, eləcə də təmsil etdiyi şirkətin fəaliyyətini dünya enerji bazarında dəyişən vəziyyətə uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Neft, təbii qazla yanaşı bərpa olunan enerji sahələrində gələcək inkişaf tendensiyalarına dair fikirlərini bölüşən Tim Dodson günəş, külək enerjisindən istifadə sahəsində həyata keçirilən layihələr barədə məlumatları diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın bərpa olunan enerji mənbələri ilə bağlı potensialı və bu istiqamətdə əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
AzVision.az