Bakıda benzin və dizel istehsalı artıb

Bakıda benzin və dizel istehsalı artıb
  01 İyun 2018    Oxunub:1476
Dörd ayda Bakıda benzin istehsalı 0,1 faiz, dizel yanacağı istehsalı isə 6,8 faiz artıb.
Bakı Şəhər Statistika İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında Bakının neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,3 faiz artıb.

Yanvar-aprel aylarında ağ neftin istehsalı 4,1 faiz, yanacaq mazutunun istehsalı 89,8 faiz azalıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 0,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 6,8 faiz, dizel yanacağı istehsalı 6,8 faiz, sürtkü yağlarının istehsalı 91,8 faiz, neft bitumunun istehsalı 2,1 dəfə, neft koksunun istehsalı isə 45,9 faiz artıb.

AzVision.az


Teqlər: Statistika   Benzin  





Xəbər lenti