Tikinti materiallarının istehsalı artıb

Tikinti materiallarının istehsalı artıb
  02 İyun 2018    Oxunub:1475
Cari ilin yanvar-aprel aylarında paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 9,9 faiz artaraq 129,3 milyon manat olub.
Bakı şəhər Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 80 faiz, tikinti əhəngin istehsalı 28,7 faiz, sementin istehsalı isə 19,7 faiz artıb.

AzVision.az


Teqlər: Statistika   Tikinti  





Xəbər lenti