Vergilər Nazirliyindən növbəti xəbərdarlıq

Vergilər Nazirliyindən növbəti xəbərdarlıq
  04 İyun 2018    Oxunub:1728
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
AzVision.az-ın məlumatına görə, 2018-ci ilin may ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları əlavə dəyər vergisi bəyannaməsini, aksiz bəyannaməsini, yol vergisi bəyannaməsini, mədən vergisi bəyannaməsini, pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

Qeyd olunub ki, daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməldir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

Muzdlu işlə əlaqədar 2018-ci ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 2-ci rüb üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Xüsusi notariusların 2018-ci ilin may ayı üzrə hesabladığı gəlir vergisi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (cari ilin 2-ci rübü üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Nazirlikdən bildirilib ki, bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur.

AzVision.az



Teqlər: Vergi   Müraciət  





Xəbər lenti