"Ümid yeri" uşaq evində Multimedia Mərkəzi açılıb
Dövlət Agentliyinin nümayəndəsi Şəbnəm Məmmədova çıxış edərək bu təşəbbüsün əhəmiyyətindən, eləcə də Dövlət Agentliyinin bu cür tədbirlərə dəstəyindən söz açıb. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq ilkin peşə biliklərinin formalaşdırılması üçün təlimlər keçiriləcəkdir.
Görüşdə iştirak edən AZINNEX-in Müşahidə Şurasının üzvləri Məhəmməd Zülfüqarlı və Cabir Cümşüdov uşaqlar üçün informasiya texnologiyalarının əhəmiyyəti, müasir trendlər, bu istiqamətdə gələcək peşə seçimləri barədə məlumat veriblər. Daha sonra uşaqların çoxsaylı sualları cavablandırılıb.
Tədbir zamanı, həmçinin Step IT Academy tərəfindən uşaqların maraqla qarşıladığı robotics üzrə təlim keçirilib. Təlimdə aktiv iştirak edən 4 uşaq üzv şirkətlərin dəstəyi ilə Akademiyanın yay düşərgəsində iştirak edəcəkdir. Görüşdə AZINNEX nümayəndələri tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.
AzVision.az
Teqlər: AZINNEX Asan-Xidmət