Azərbaycan-Aİ biznes forumu keçirilir - FOTOLAR (Yenilənib)

Azərbaycan-Aİ biznes forumu keçirilir - FOTOLAR (Yenilənib)
  05 İyun 2018    Oxunub:4493
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu işə başlayıb.

AzVision.az xəbər verir ki, biznes forumda 700-dən artıq nümayəndə iştirak edir. Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 2012-ci ildən başlayaraq 130 forum keçirilib və illik növbəti forum yeni ideyaların ortaya gəlməsinə xidmət edəcək.


R.Məmmədov qeyd edib ki, Aİ-nin neftə olan tələbatının 5 faizini Azərbaycan ödəyir: “Azərbaycanda ilin ilk 4 ayı ərzində qeyri-neft sektoru 3.5 faiz artıb. Turizmdə 3.7 faiz, qeyri-neft ixracında 90.3 faiz artım olub. Valyuta ehtiyatı 2.1 milyard artaraq 44 milyarda dollara çatıb”.

Nazir müavini diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir: "1.1 milyard dollar növbəti illər üçün nəzərdə tutulub. Bu çərçivədə 11 min yeni iş yeri yaradılıb. Tikilməkdə olan yeni sənaye parkları yaxın vaxtlarda istifadəyə veriləcək”.



R.Məmmədov, həmçinin bildirib ki, son 9 ildə Aİ ölkələri Azərbaycana 50,3 mlrd. dollar investisiya qoyub: “Ticarət dövriyyəsinin 34%-i Aİ ölkələrinin payına düşür. Ötən il Aİ ilə ticarət dövriyyəsi 9,4 mlrd. dollar təşkil edib. Aİ ölkələrinin Azərbaycana qoyduğu investisiyalar 11 min yeni iş yerinin açılmasına səbəb olub”.



Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, ölkəmizə ən çox investisiya yatırımı edən Avropa İttifaqı ölkələridir. O, qeyd edib ki, foruma hər iki tərəfdən maraq böyükdür.

Aİ-nin Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit deyib ki, Azərbaycanın logistika mərkəzinə çevrilməsi böyük əhəmiyyətə malikdir: “Azərbaycanın ən çox tvinninq istehsalçısı olduğunu deyə bilərik. Azərbaycan hökumətinin gördüyü işlər, xüsusən iqtisadi şaxələndirmə istiqamətində fəaliyyəti təqdirəlayiqdir. Bütün bunlar ümidvericidir və müsbət vektorlar müşahidə olunur”.



Aİ-nin çağırışlarından danışan L.Meredit bildirib: “Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycanda az müşahidə edilir. Bu istiqamətdə Azərbaycanda agentliyin yaradılması təqdirəlayiqdir. Azərbaycanın iqtisadi şaxələndirmə istiqamətində atdığı addımları alqışlayırıq. Aİ də bu çağırışlarla üzləşir və xarici investisiyaların cəlbinə çalışır. 2020-ci ilə qədər bu vəsaitin 30 milyarddan çox olmasına çalışılır”.

Qeyd edək ki, forumda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, vergilər naziri Mikayıl Cabbarov, gömrük komitəsinin sədri Səfər Mehdiyev və digər rəsmilər iştirak edirlər.

















Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:   Azərbaycan   Forum  





Xəbər lenti