“Vergi sahəsində islahatlar aparılacaq” - Nazir

“Vergi sahəsində islahatlar aparılacaq” - Nazir
  05 İyun 2018    Oxunub:1927
“Azərbaycanda fəal vergi ödəyiciləri arasında ƏDV vergi ödəyicisi kimi qeydiyyatda olanların sayı 3 faizdir”.
AzVision.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Nazir Azərbaycanda vergi sahəsində islahatların aparılacağını qeyd edib: "İslahatları biznes subyektlərinin inkişafına yönəltməyə çalışacağıq. Sahibkarlıq fəaliyyətinin şaxələndirilməsi yönündə işlər görüləcək".

M.Cabbarov, həmçinin vurğulayıb ki, ötən ilin 4 ayı ilə müqayisədə bu ilin 4 ayında vergi yoxlamaları 40 faiz azalıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Mikayıl-Cabbarov   Vergilər-Nazirliyi  





Xəbər lenti