“Əsas məsələ fermerlərə yaxın olmaqdır” - İnam Kərimov
“Bunlardan biri analitik yoldur. Həmçinin innovasiyaları kənd təsərrüfatı sahəsinə gətirərək fermerlərə yardımçı oluruq. Onlara kreditlər, subsidiyalar, aqrolizinqlər vasitəsilə yardım edir, dəstəkləyirik. Kənd təsərrüfatı möhkəm təhsil sisteminə əsaslanmalıdır. Bu sahədə təhsilin təkmilləşdirilməsinə çalışmalıyıq. Həmçinin ticarətə rəvac verməliyik. İstehsalçı və istehlakçıları bir araya gətirməliyik. Dayanıqlı kənd təsərrüfatından danışırıqsa, əsas məsələlər bununla ölçülür”.
Nazir əlavə edib ki, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur: “Kənd təsərrüfatı sahəsində əməkdaşlığın prioriteti Avropa İttifaqı coğrafiyasını nəzərdə tutur. 2017-ci ildə Aİ ölkələrindən 1.9 milyardlıq məhsul idxal edilib, 7,4 milyardlıq məhsul isə ixrac edilib. Kənd təsərrüfatında isə bu göstəricilər çox azdır. Yəni strateji məqsədimiz ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının Azərbaycandan Avropaya ixracını və Avropadan Azərbaycana bu məhsulların idxalını artıraq. Hesab edirəm ki, kənd təsərrüfatı Avropa biznes qurumları üçün çox vacib bir sahədir”.
Elvin Abdulla
AzVision.az
Teqlər: Aİ Azərbaycan İxrac