Bu il 31 yaşayış məntəqəsinə qaz verilib

Bu il 31 yaşayış məntəqəsinə qaz verilib
  05 İyun 2018    Oxunub:1413
2018-ci ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 811 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 97,9 km qaz kəməri əsaslı təmir olunub.
AzVision.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 31 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti