Naxçıvanda heç kimin kommunal borcu qalmadı
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib.
Həmçinin Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin may ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Naxçıvan Energetika Qaz