Neftçalada hər il 10 min maşın istehsal olunacaq
Nazir müavini deyib ki, 25 milyon investisiya yatırılan müəssisənin illik dövriyyəsi 140 milyondan çoxdur. Onun sözlərinə görə, zavodda yığılan 50 avtomobil artıq satışa hazırdır.
"Həm dövlət, həm də özəl sektordan sifarişlər var. Növbəti həftədən avtomobillərin satışına başlanılacaq", - deyə nazir müavini qeyd edib.
Anar Kəlbiyev
AzVision.az