Çörəyin arasından telefon və qulaqcıq çıxdı

Çörəyin arasından telefon və qulaqcıq çıxdı
  09 İyun 2018    Oxunub:1174
Bakıda 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məcid Qasım oğlu Sultanova babası Gəncə şəhər sakini İdris Hüseyin oğlu Sultanov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Penitensiar-Xidmət  





Xəbər lenti