Küveytli investor Bakıda lüks hotel alıb

Küveytli investor Bakıda lüks hotel alıb
  10 İyun 2018    Oxunub:3285
Kuveytli investor Bakıda yerləşən “Monolit Plaza” lüks hotelini alıb.
AzVision.az xəbər verir ki, bunu Trend-ə vəziyyətlə tanış olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: “Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15, digər məqsədlərlə götürülən sahələrə - isə 99 ildir.

Daha öncə, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar.

M.Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.

AzVision.az


Teqlər: Otel   Küveyt  





Xəbər lenti