Nazirlik 35 min nəfəri işlə təmin edib
Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 326 nəfər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə göndərilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün, son 5 ayda Xidmət tərəfindən 1317 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 80 nəfər gənc peşə hazırlığına cəlb olunub.
Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları isə qısamüddətli iş üçün müraciət edən 1162 nəfərin belə işlərlə təminatını həyata keçirib. Qeyd olunan dövrdə peşəyönümü tədbirlər də davam etdirilib və 63,2 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib.
AzVision.az