Sabah TANAP-ın açılış mərasimi keçiriləcək

Sabah TANAP-ın açılış mərasimi keçiriləcək
  12 İyun 2018    Oxunub:1888
Sabah Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Bu münasibətlə Türkiyənin Əskişəhər bölgəsində təntənəli mərasim təşkil olunacaq.
AzVision.az xəbər verir ki, açılış mərasimində dövlət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, bu kəmər vasitəsilə Azərbaycanın təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq. TANAP-ın istifadəyə verilməsi bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə hesab olunur.

Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb. Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub.

AzVision.az


Teqlər: TANAP   Türkiyə   Azərbaycan  





Xəbər lenti