Aeroportdan 2 milyona yaxın sərnişin istifadə edib

Aeroportdan 2 milyona yaxın sərnişin istifadə edib
  12 İyun 2018    Oxunub:1512
Heydər Əliyev Beynəlxalq Aeroportu (AZAL) 2018-ci ilin ilk beş ayı ərzində 1,56 mln. sərnişinə xidmət göstərib.
“AZAL”dan AzVision.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 1 % çoxdur. AZAL milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşüb. Ümumi sərnişin dövriyyəsinin 86%-i, 1 mln. 343 min sərnişin beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 31%-i AZAL-ın, 13%-i isə “Buta Airways”in payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 mln. 22 min sərnişin uçub. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Bakıya uçuşlar yerinə yetirməyə başlanıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"ın ən yüksək 5 ulduzuna layiq görülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti