Əhalinin sayı 9 milyon 923 min 103 nəfərə çatdı

Əhalinin sayı 9 milyon 923 min 103 nəfərə çatdı
  14 İyun 2018    Oxunub:2708
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

AzVision.az


Teqlər: DSK   Əhali  





Xəbər lenti