Azərbaycanda ÜDM-nin həcmi artıb

Azərbaycanda ÜDM-nin həcmi artıb
  14 İyun 2018    Oxunub:1164
2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatıb.
AzVision.az-a verilən xəbərə görə, ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil edib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub.

AzVision.az


Teqlər: ÜDM  





Xəbər lenti