TANAP layihəsində “Akkord” ciddi uğurlara imza atdı

TANAP layihəsində “Akkord” ciddi uğurlara imza atdı
  14 İyun 2018    Oxunub:2711
12 iyun 2018-ci il tarixdə Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) istifadəyə verilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və digər ölkələrin dövlət başçıları və rəsmi şəxslərinin iştirakı ilə təntənəli mərasim keçirilib.
Mərasimə layihənin icrasında cəlb olunmuş xarici ölkə şirkətlərinin, o cümlədən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbər heyəti də qatılıb.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayan TANAP layihəsinin icrasında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İtalyan şirkəti “SİCİM S.p.A” və Türkiyə şirkəti “Yüksel İnşaat”la ortaq şirkət olaraq iştirak edib.

Müqavilə şərtlərinə əsasən layihə üzrə 460 km uzunluğunda boru xəttininin çəkilişi təhlükəsizlik standartlarına tam şəkildə əməl olunmaqla, qrafik üzrə müqavilə öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə icra edilib.

Layihə üzrə Türkiyə ərazisindən keçən 1850 kilometrlik boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik boru xəttinin ikinci lot üzrə 375-825 km-ləri əhatə edən 460 km-lik hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) tikintisi “Sicim-Yüksel-Akkord” ortaqlığı tərəfindən həyata keçirilib.

“Akkord”un tikintisinə qoşulduğu 450 km-lik hissədə ümumilikdə 1384 keçidin, o cümlədən 15-i böyük olmaqla 422 ədəd çay keçidinin, 14 ədəd əsas yol və dəmiryol keçidi, 14 blok sürgü stansiyası, 1 ədəd boru təmizləmə qurğusu və 1 ədəd zəlzələ keçidinin inşası həyata keçirilib. Xətt üzrə 87 hidrostatik sınaq bölməsi də inşaa olunub.

Layihənin icrası müddətində 2898 nəfər heyət iştirak etməklə 1430 ədəd müxtəlif inşaat maşın-mexanizmi cəlb olunub.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Azərbaycanda və digər ölkələrdə beynəlxalq irimiqyaslı infrastruktur, enerji-tikinti layihələrində birgə faydalı əməkdaşlığa önəm verərək güclü, dayanıqlı və perspektivli şirkətləri qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edir.



Teqlər: TANAP   Akkord  





Xəbər lenti