Mərkəzi Bank 350 milyon manat cəlb edir

  17 İyun 2018    Oxunub : 462
Mərkəzi Bank 350 milyon manat cəlb edir
İyunun 20-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlb olunması nəzərdə tutulur.

Depozit hərracının müddəti 12 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-9,99 faiz təşkil edir.

AzVision.az

Teqlər: Mərkəzi-Bank   Dollar