“53 min köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb” - Komitə sdəri

“53 min köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb” - Komitə sdəri
  20 İyun 2018    Oxunub:1866
“Dünyada qaçqınların sayı 68 milyondan çoxdur. Bunun 1 milyondan çoxu isə Azərbaycandadır”.
AzVision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün proqramlar həyata keçirilir:

“Azərbaycan dövləti tərəfindən ağır şəraitdə yaşayan 53 min məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb. Bundan sonra da mümkün olan bütün işlər görüləcək. Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin cəmiyyətdə rolunu gücləndirmək üçün iki əsas istiqamət götürülüb: təhsil və iş. Eyni zamanda Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır. İnanıram ki, biz haqlı səsimizi dünyaya çatdırmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qaçqın   Mənzil  





Xəbər lenti