Xaricə gedən azərbaycanlıların sayı artıb

  22 İyun 2018    Oxunub : 697
Xaricə gedən azərbaycanlıların sayı artıb
2018-ci ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1645,6 min nəfər olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbrə görə, ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,5 faizi İrana, 21,7 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,3 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,6 faizi kişilər, 30,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 15,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 11,7 faiz, Gürcüstana gedənlərin sayı 2,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,7 faiz azalıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,8 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.


AzVision.az

Teqlər: DSK   Azərbaycan