İnsan alveri ilə bağlı seminar keçirilib
Seminarda insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsi və s. məlumat verilib.
Seminarda hüquqşünas Sahib Məmmədov qanunsuz miqrasiya, məcburi əmək və insan alveri qurbanları ilə bağlı çıxış edib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı isə çıxışında bildirib ki, əvvəlki illərlə müqayisədə insan alveri ilə bağlı faktların sayı artıb. 2017-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 142 fakt qeydə alınıbsa, 2015-ci ildə 109, 2016-ci ildə isə 141 fakt müəyyən edilib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev isə “İnsan Alveri qurbanlarının mediada konfidensiallığının (anonimliyinin) qorunması” mövzusu ilə seminarda iştirak edib.
AzVision.az
Teqlər: