"Sınıq Körpü"də gün ərzində 2 min maşın yoxlanılır

"Sınıq Körpü"də gün ərzində 2 min maşın yoxlanılır
  23 İyun 2018    Oxunub:2673
2018-ci ilin may ayında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan ümumilikdə 58933 nəqliyyat vasitəsi keçib.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətl­əndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abas­ov deyib.

O qeyd edib ki, gün ərzində "Sınıq Körpü" gömrük postunda idxal və ixrac xəttindən ümumi olaraq 2000-ə yaxın nəqliyyat vasitəsi yoxlanılır.

"Sutka ərzində 2209 nəqliyyyat vasitəsi həm idxal, həm də ixrac edilir. Ötən ilin bu vaxtı say 2183 olub. Dünən gün ərzində postdan ölkəyə 650 minik avtomobili daxil olub, 642 avtomobil isə ölkədən çıxıb".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gömrük  





Xəbər lenti