Mərkəzi Bank 350 milyon manat cəlb edir

  24 İyun 2018    Oxunub : 386
Mərkəzi Bank 350 milyon manat cəlb edir
İyunun 25-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-9,99 təşkil edir.

AzVision.az

Teqlər: AMB   Hərrac