Əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb

Əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb
  24 İyun 2018    Oxunub:1139
2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 3175,5 milyon manatlıq ödənişli xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə həm əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 6858,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6839,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

AzVision.az


Teqlər: Statistika   Komite  





Xəbər lenti