Nazir beynəlxalq konfransda iştirak edəcək

Nazir beynəlxalq konfransda iştirak edəcək
  25 İyun 2018    Oxunub:1185
Azərbaycanın energetika naziri Pərviz Şahbazov iyunun 25-də Vaşinqtonda “Mərkəzi və Şərqi Avropada 21-ci əsrin enerji sistemlərinə doğru” adlı beynəlxalq konfransda iştirak edəcək.
Energetika Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə nazirin çıxışı, həmçinin müxtəlif müzakirələrdə iştirakı nəzərdə tutulur.

Konfransa Cənub Qaz Dəhlizi, həmçinin və Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

İclasda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin, eləcə də Avropa və ABŞ-ın hökumət və analitik mərkəzlərinin nümayəndələrinin, müxtəlif enerji şirkətlərinin rəhbərlərinin iştirakı planlaşdırılır. Konfrans çərçivəsində çoxsaylı görüşlər də gözlənilir.

AzVision.az


Teqlər: Pərviz-Şahbazov   Nazir  





Xəbər lenti