Bakının baş planı hazırlanacaq - 4 milyonluq sərəncam

Bakının baş planı hazırlanacaq - 4 milyonluq sərəncam
  27 İyun 2018    Oxunub:3513
Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti