Milli Məclis büdcəyə dəyişikliyi qəbul etdi

Milli Məclis büdcəyə dəyişikliyi qəbul etdi
  29 İyun 2018    Oxunub:1410
Bu gun Milli Məclisin növbədənkənar iclasında 2018-ci il dövlət büdcəsinə dəyişiklik müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd. manat, xərcləri isə 23,061 mlrd. manat məbləğində nəzərdə tutulur.

Onun sözlərinə görə, dövlətin müdafiə və təhlükəsizliyinin artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib.

Bundan əlavə dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulub.

Müzakirələrdən sonra büdcəyə dəyişiklik sənədi qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Büdcə  





Xəbər lenti