“Bakcell” mobil rabitə xidmətinin dayanıqlığını təmin edib
”İyulun 2-dən 3-nə keçən gecə Bakcell şəbəkəsi və şirkətin bütün müvafiq strukturları dərhal gücləndirilmiş iş rejiminə keçirilib. Mobil xidmətlərin kəsintisiz fəaliyyətinin təmin edilməsi istiqamətində görülmüş qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin paytaxtında və elektrik enerjisinin təchizatı ilə bağlı çətinliklər müşahidə olunan digər bölgələrində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələrin qarşısının alınması məqsədilə şirkət tərəfindən çoxlu sayda əlavə enerji qurğusu, yüzlərlə stasionar və portativ generator işə salınıb. Həmçinin, “Bakcell”in müvafiq partnyorları və podratçı şirkətləri tərəfindən prosesə əlavə işçi qüvvəsi cəlb olunub.
Bakcell şirkətinin texniki personalı gücləndirilmiş rejimdə fəaliyyət göstərərək 24 saat ərzində mobil şəbəkəyə nəzarət edir və xidmət keyfiyyətinin monitorinqini həyata keçirir. Nəticədə, ucqar ərazilər daxil olmaqla ölkənin bütün bölgələrində “Bakcell”in mobil baza stansiyaların fasiləsiz işi təmin olunur.
Xidmət keyfiyyətinin ölçülməsi və abunəçilərin bütün sual və müraciətlərin dərhal cavablandırıması üçün “Bakcell”in məlumat mərkəzi və sosial media kanalları da həmçinin 24 saat ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Bakcell şirkəti şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsinə yönəlmiş tədbirləri davam etdirəcək.
AzVision.az
Teqlər: Bakcell