Bakıda qaz hasilatı 8,2 faiz azalıb

Bakıda qaz hasilatı 8,2 faiz azalıb
  05 İyul 2018    Oxunub:4471
Cari ilin yanvar-may aylarında Bakıda xam neftin hasilatı 15 milyon 909 min ton, əmtəəlik təbii qazın istehsalı isə 7 milyard 158 milyon kubmetr təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft istehsalı 1,3 faiz artıb, qaz hasilatı isə 8,2 faiz azalıb.
Bakı Şəhər Statistika İdarəsindən AzVision.az-a verilən məlumata görə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz azalıb. Sənaye məhsulunun 82,8 faizi mədənçıxarma sektorunda istehsal olunub.

AzVision.az


Teqlər: Statistika   Neft   Qaz  





Xəbər lenti