Statistika Komitəsi Tiranada keçirilən seminarda təmsil olunub

Statistika Komitəsi Tiranada keçirilən seminarda təmsil olunub
  06 İyul 2018    Oxunub:4529
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Albaniyanın paytaxtı Tiranada keçirilən seminarda təmsil edilib.
Komitədən AzVision.az-a verilən xəbərə görə, iyulun 5-6-da Tiranada Avropa Azad Ticarət Assosiasiyası və Albaniya Statistika İnstitutunun təşkilatçılığı ilə inzibati məlumatlara və reyestrlərə xüsusi diqqət yetirməklə milli statistika qurumlarının strukturuna dair strateji idarəetmə məsələlərinə həsr olunmuş seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak edib.

İki gün davam edən seminarda statistik istehsal prosesində inzibati məlumatlardan necə istifadə etməli mövzusu ilə yanaşı, Statistik Biznes-Prosesin Ümumi Modelinin (GSBPM), Statistika Təşkilatları üçün Fəaliyyətlərin Ümumi Modelinin (GAMSO) və keyfiyyəti idarə etmə sisteminin (KİS) tətbiqinə dair iştirakçı ölkələrin təcrübələri bölüşülərək mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin seminarda Azərbaycan milli statistika sistemi haqqında təqdimat da nümayiş olunub, Dövlət Statistika Komitəsində keyfiyyəti idarəetmə sisteminin qurulması, metaməlumatlar sisteminin mövcud vəziyyəti, GSBPM-in milli versiyasının hazırlanması, keyfiyyəti idarə etmə sisteminin daxili auditlərinin aparılması, KİS sahəsində əldə edilmiş nailiyyətlər və qarşıda duran gələcək addımlar barədə ətraflı məlumat verilib.

AzVision.az


Teqlər: Statistika-Komitəsi  





Xəbər lenti