Gürcüstanın valyuta ehtiyatları azalıb

Gürcüstanın valyuta ehtiyatları azalıb
  07 İyul 2018    Oxunub:3774
Cari ildə Gürcüstanın valyuta ehtiyatları təqribən 34 milyon dollar azalıb.
Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb. Bildirilib ki, ölkənin valyuta ehtiyatları 2017-ci ildə 3,039 milyard dollar olub. Bu, 2016-cı illə müqayisədə 282 milyon dollar çoxdur. Lakin cari ildə milli valyuta ehtiyatları xeyli azalıb və iyun ayının 1-nə 3,016, iyulun 1-nə isə 3,005 milyard dollara enib.

Qeyd edilib ki, Milli Bank 2017-ci ildə valyuta bazarından 129,75 milyon dollar aldığı halda, bu ilin 6 ayında 50 milyon dollar alıb.

AzVision.az


Teqlər: Gürcüstan   Dollar   Valyuta  





Xəbər lenti