İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, iclasda kommunal xidmətlərin inkişafı ilə bağlı Strateji Yol Xəritəsi çərçivəsində su və kanalizasiya xidmətlərindən istifadə edən xüsusi istehlakçı qrupları üzrə sosial proqramların, uyğun qiymətə mənzil təminatının inkişafı ilə bağlı mənzil tikintisi proqnozunun və dövlət proqramının layihəsinin hazırlanması və uyğun qiymətə mənzil təminatının həyata keçirilməsi işlərinə özəl tikinti şirkətlərinin cəlb olunması istiqamətində işçi qrupların rəhbərlərinin məruzələri dinlənilib.
Strateji Yol xəritələrində İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin tam və vaxtında yerinə yetirilməsi istiqamətində müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.
AzVision.az