Tikinti materiallarının istehsalı 12,4 faiz artıb

Tikinti materiallarının istehsalı 12,4 faiz artıb
  08 İyul 2018    Oxunub:3186
Bu ilin yanvar-may aylarında Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 12,4 faiz artaraq 179,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AzVision.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 2,0 dəfə, tikinti əhənginin istehsalı 31,7 faiz, sementin istehsalı isə 18,3 faiz artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti