“Azərbaycan Dəmir Yolları”ndan sərnişinlərə müraciət

“Azərbaycan Dəmir Yolları”ndan sərnişinlərə müraciət
  09 İyul 2018    Oxunub:2893
“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.
“Azərbaycan Dəmir Yolları”ndan AzVision.az-a verilən məlumata görə, QSC-nin Sərnişin daşımaları Departamenti sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən Azərbaycana gələn sərnişin qatarlarına bilet satışı həyata keçirilir.

Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45 gün, Kiyevdən Bakıya 30 gün, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına 90 gün qalmış başlayır.

AzVision.az


Teqlər: ADY   Müraciət  





Xəbər lenti