Sumqayıtda 7 müəssisə istifadəyə veriləcək

Sumqayıtda 7 müəssisə istifadəyə veriləcək
  10 İyul 2018    Oxunub:3154
Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir.

AzVision.az


Teqlər: Sumqayıt   Müəssisə  





Xəbər lenti