Mal və toyuq ətinin qiyməti bahalaşıb
Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
Ay ərzində manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, qatığın, pendirin, kərə yağının, albalının, gilasın, alçanın, əriyin, çiyələyin, pomidorun, xiyarın, badımcanın, göy lobyanın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, mal və toyuq ətinin, yumurtanın, zeytun, günəbaxan və qarğıdalı yağlarının, göyərtinin, şəkər tozunun, dondurmanın, qara və yaşıl çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
AzVision.az
Teqlər: DSK