Ölkəyə qanunsuz yük gətirilməsinin qarşısı alınıb

Ölkəyə qanunsuz yük gətirilməsinin qarşısı alınıb
  11 İyul 2018    Oxunub:4767
Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, gömrük əməkdaşları İran İslam Respublikasından Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98120 kq ağ sement və 24500 kq polietilen yükləri aşkar olunub.

AzVision.az


Teqlər: DGK   Qanunsuz   Yük  





Xəbər lenti