32 yaşayış məntəqəsi qazla təmin edilib

32 yaşayış məntəqəsi qazla təmin edilib
  12 İyul 2018    Oxunub:3454
Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu il 32 yaşayış məntəqəsinə təbii qaz verilib.
İB-dən AzVision.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün İB tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 1 520 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 114 kilometr qaz kəməri əsaslı təmir olunub.

İl ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 32 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti