6 ayda 1 milyon tondan çox dizel istehsal edilib

6 ayda 1 milyon tondan çox dizel istehsal edilib
  13 İyul 2018    Oxunub:3394
İlin birinci yarısında Azərbaycanda 1 milyon 15,6 min ton dizel yanacağı, 614,7 min ton avtomobil benzini, 116,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 303,8 min ton ağ neft, 33,3 min ton yanacaq mazutu, 38,9 min ton sürtkü yağları, 138,8 min ton neft bitumu və 130,7 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yarım ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 664,4 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 0,6 faiz, yanacaq mazutunun istehsalı 86,2 faiz azalıb. Ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

AzVision.az


Teqlər: Statistika  





Xəbər lenti